11 
Apr
2022
17:02
54
30
2392
Virtual karabakh

“CinemaPlus”da “Sonik” şou-proqramı - FOTO/VİDEO

11 Apr, 2022
17:02
2392

“CinemaPlus”da “Sonik” şou-proqramı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında uşaqlar üçün “Sonik 2 kinoda” filminə həsr olunmuş şou proqram keçirilib.

Tamaşanın mərkəzində hər tərəfdən uşaqlarla əhatə olunmuş böyük Sonik personajı var idi. Onlar onunla rəqs edib, şəkil çəkdirirdilər. Nail Nəzərovun komandası balaca qonaqlara şarlardan fiqurlar hədiyyə edib, rəssam isə onların üzlərinə müxtəlif şəkillər çəkib.

Uşaqlar müsbət emosiyalar aldılar və daha sonra “Sonik 2 kinoda” filminə baxmağa getdilər.
Sega tərəfindən nəşr olunan video oyun franşizasına əsaslanan 2022-ci il istehsalı olan döyüş-macəra komediya filminin rejissoru Ceff Faulerdir.

Baş rollarda Ben Şvarts, İdris Elba və Cim Kerri.

Film haqqında qısa məlumat: Green Hillsdə məskunlaşan Sonik, əsl qəhrəmanın bütün xüsusiyyətlərinə sahib olduğunu sübut etməyə çalışır. Qəhrəmanlıq sınağı isə tez qarşısına çıxır: Dr Robotnik yenidən hiylə qurur. Bu dəfə - sirli tərəfdaşı Naklz ilə.

Foto və video çəkilişləri “Light in Black” kreativ şirkəti təqdim edib.

“CinemaPlus” hər zaman öz tamaşaçılarını parlaq və əvəzolunmaz tədbirlərlə sevindirməyə və uşaqlar üçün əsl bayram təşkil etməyə hazırdır!

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri