27 
Apr
2022
12:02
14
57
2748
Virtual karabakh

Aprelin 28-dən “CinemaPlus”da nümayiş olunan filmlərin SİYAHISI - VİDEO

27 Apr, 2022
12:02
2748

Aprelin 28-dən “CinemaPlus”da nümayiş olunan filmlərin SİYAHISI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 28-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlərin siyahısı açıqlanıb.

“CinemaPlus”dan verilən məlumata görə, aprelin 28-dən Rusiya istehsalı olan “Buka. Mənim sevimli bədheybətim” animasiya filminin nümayişi başlanır.

Filmin rejissoru Qeorqiy Qitisdir. Filmdə baş rolları Lyubov Aksenova, Aleksey Çumakov, Alyona Doletskaya ifa ediblər. Filmin müddəti 120 dəqiqədir və altı yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Cizgi film haqqında qısa məlumat:

Kral ailəsində qalmaqal: ərköyün şahzadə Varvara saraydan qaçdı və yaraşıqlı şahzadə axtarışında meşəyə getdi. Ancaq sevgilisi ilə əziz görüş əvəzinə, krallığın ən təhlükəli qulduru Buka tərəfindən tutulur. Tezliklə aydın olur ki, ərköyün şahzadə Bukanın həyatını kabusa çevirməyə hazırdır, təki məqsədinə çata bilsin. Beləliklə Varvara meşədə öz nizamını qurmağa başlayır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində həmdə türk istehsalı olan “Aynasız Haluk” komediyasının nümayişi başlanır.

Filmin rejissoru Bülent İşbilendir. Baş rolları isə Tolgahan Sayışman, Erdal Özyağcılar və Algı Eke ifa ediblər. Filmin müddəti 115 dəqiqədir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat:

Haluk öz peşəsinə dəyər verən komissardır. Həyat yoldaşı oğlunu götürüb onu tərk edəndən sonra o, həyatla əlaqəsini kəsib və cinayətkarları tutmağa çalışaraq tez-tez qaydaları pozur. Buna görə də o, “Aynasız Haluk” ləqəbi ilə tanınır. Onun bu ləqəbi qazanmasının səbəblərindən biri də onun səliqəsiz görünüşüdür. Haluk başqalarının tənqidinə əhəmiyyət vermir. Yaşadığı həyat onu heç gözləmədiyi vəziyyətə salır.

 
“CinemaPlus” ABŞ istehsalı olan “Fleşbek” kriminal triller filminin də nümayişinə başlayır.

Filmin rejissoru Martin Kempbelldir. Baş rolları isə Liam Nison, Monika Belluçi və Rey Stivenson ifa ediblər. Filmin müddəti 120 dəqiqədir və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat:

Güclü reputasiyaya malik peşəkar qatil Aleks Lyuis nə vaxtsa “küləyə qarşı” çıxdı və indi həm FTB-dən, həm də cinayətkardan qorunmaq məcburiyyətində qaldı. Hamısı ona görə ki, qatil öz daxili kodeksini pozmaqdan imtina edib.

“CinemaPlus” ABŞ istehsalı olan “Çəkilmiş ət əməliyyatı” hərbi detektiv filminin nümayişinə başlayır.

Filmin müddəti 140 dəqiqədir və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Filmin rejissoru Con Meddendir. Baş rolları isə Kolin Fört, Conni Flinn və Kelli Makdonald ifa ediblər.

Film haqqında qısa məlumat:

İkinci Dünya Müharibəsi zamanı iki kəşfiyyatçı alman qoşunlarını qabaqlamaq üçün meyitlərdən və saxta sənədlərdən istifadə edir. Film real hadisələrə əsaslanır.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri