13 
May
2022
16:03
20
112
1775
Virtual karabakh

Zaur Darabzadə Rusiyaya qarşı sanksiyaların Azərbaycan kinoteatrlarına təsirindən DANIŞDI - VİDEO

13 May, 2022
16:03
1775

Zaur Darabzadə Rusiyaya qarşı sanksiyaların Azərbaycan kinoteatrlarına təsirindən DANIŞDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya-Ukrayna müharibəsi film sənayesinə də təsirsiz ötüşməyib. Bir çox şirkətlər filmlərinin Rusiyadakı yayımını dayandırıb.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə Real TV-nin “Real İntervyu” layihəsinin verilişində Qərbdən Rusiya kino şirkətlərinə qarşı sanksiya haqqında müsahibə verərək bildirib ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi olaraq filmləri həmin studiyaların özündən alırlar.

“Sony”, “Disney”, “Warner Bros”, “Paramount” kimi dünyanın nəhəng kino istehsalçılarının birbaşa studiyaları ilə çalışırlar. Sadəcə olaraq, MDB ofisi Moskvada yerləşdiyindən MDB ölkələri Rusiya üzərindən filmləri əldə edirdilər. Hazırda dünyada baş verən hadisələr onu göstərir ki, şirkətlər MDB ofisinin məkanını dəyişəcəklər. Ümumilikdə, dünyada yayımlanan filmlər Azərbaycanda da eyni gündə yayımlanacaq. Yəni, Azərbaycan tamaşaçısı bunu hiss etməyəcək”.

Hazırda danışıqlar aparılır. Zaur Darabzadənin qeyd etdiyi böyük şirkətlər bu məsələyə baxırlar. Ola bilsin ki, kino istehsalçılarından biri MDB ofisini digər ölkələrdə açsın. Bunu zaman göstərəcək. Hazırda əsas məqsəd - filmlərin dünya premyerası ilə eyni gündə Azərbaycanda yayımlanmasıdır!

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri