19 
May
2022
15:45
7
59
1802
Virtual karabakh

Mayın 19-dan etibarən “CinemaPlus”da nümayiş olunan filmlərin SIYAHISI - VİDEO

19 May, 2022
15:45
1802

Mayın 19-dan etibarən “CinemaPlus”da nümayiş olunan filmlərin SIYAHISI - VİDEO

Mayın 19-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlərin siyahısı açıqlanıb.

Kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, mayın 19-dan ABŞ istehsalı olan “Klon” fantastik trillerin nümayişi başlayır.

Filmin rejissoru Rayli Sternsdir. Baş rolları Karen Qillan, Aaron Pol və Bela Koale ifa ediblər. Filmin müddəti 110 dəqiqədir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat:

Gələcəkdə insanlar öz klonları ilə ictimai ölümcül duellərdə həyatda qalmaq hüquqlarını müdafiə etməyə məcbur olurlar. Mütəxəssislər Saraya ciddi diaqnoz qoyulanda, o, yaxınlarının qayğısına qalmaq üçün öz klonunu alır. Lakin qız sağalıb klonu deaktiv etmək qərarına gəldikdə, o, sərt yeni qanunla üzləşir. Sara ölümcül döyüşdə öz klonu ilə qarşılaşmalı olacaq. O, manipulyasiya və qətlin son silahını - özünün mükəmməl versiyasını məğlub etmək üçün mümkün olmayanı etməlidir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində mayın 19-dan Böyük Britaniya istehsalı olan “Qaynama nöqtəsi” filminin nümayişi başlayır.

Filmin rejissoru Fil Barantinidir. Baş rolları isə Stiven Qrem, Vinett Robinson və Ceyson Fleminq ifa ediblər. Filmin müddəti 105 dəqiqədir və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat:

Londonun məşhur restoranında ilin ən işlək axşamında aşpaz Endi Cons çox əsəbidir, komandası isə “bıçağın ucunda” tarazlıq saxlayır. Bundan əlavə, onlara çek gəlir, restoranı tənqidçi ziyarət edir və investor qoyulmuş pulun qaytarılmasını tələb edir. Çalışdığı hər şey təhlükə altında olanda Endi bir sıra şəxsi və peşəkar problemlərin öhdəsindən gələ biləcəkmi?

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsi ilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən, 012 499 89 88 və ya 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın