İyn
2022
13:32
72
30
2806
Virtual karabakh

“CinemaPlus”da fəxri qonaqlarla “Top Qan 2” filminin təqdimatı keçirilib - FOTO/VİDEO

6 İyn, 2022
13:32
2806

“CinemaPlus”da fəxri qonaqlarla “Top Qan 2” filminin təqdimatı keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında çoxdan gözlənilən “Top Qan 2” filmi ilə bağlı tədbir keçirilib.

1986-cı ildə çəkilmiş “Top Qan” filminin davamı olan ekran işi baş rolda Tom Kruzun oynadığı, Cozef Kosinskinin isə rejissoru olduğu ABŞ döyüş filmidir.

“Top Qan 2” filminin baş rollarında həmçinin Cennifer Konelli və Ed Harris çəkiliblər.

“Maverick” ləqəbli Pit Mitçel 30 ildən artıqdır ki, Hərbi Dəniz Qüvvələrinin ən yaxşı pilotlarından biridir: sərhədləri aşan, qorxmaz pilot onu əbədi şəkildə yerə endirəcək yüksəlişdən ehtiyat edir.

“Top Qan” məzunlarından ibarət dəstəni əvvəllər görünməmiş xüsusi bir missiyaya hazırlayarkən “Maverick” mərhum dostu, leytenant Nik Bredşounun oğlu leytenant Bredli Bredşou ilə tanış olur. Qarşıda onu qeyri-müəyyənlik, geridə isə keçmişin xəyalları gözləyir. “Maverick” uçuşa təyin olunanlardan müstəsna fədakarlıq tələb edən missiyanın bir hissəsi kimi reallaşmaq təhlükəsi olan dərin qorxuları ilə üzləşməyə məcbur olur.

Tədbirdə fəxri qonaq qismində 44 günlük Vətən müharibəsində Azərbaycanımızın hava məkanını qoruyan, eləcə də Qarabağ səmasında düşmənin texnikalarını və şəxsi heyətini məhv edən, müxtəlif orden və medallarla təltif olunmuş, çətin, lakin şərəfli peşə sahibləri olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin pilot heyəti iştirak edib.

Onlar arasında pilotlar - mayor Oruczadə Faiq Niyaz oğlu, kapitan Əşrəfov Rəvan Rasim oğlu, kapitan Orucov Soltan Yaqub oğlu, kapitan Qurbanzadə Nihat Elçin oğlu və kapitan Səfərov Fikrət Cəfər oğlu olub.

Həmçinin tədbirə kinoteatrın digər qonaqları - Azərbaycan Respublikasının Xalq artisti Faiq Ağayev, şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqerlər, sahibkarlar da qatılıblar.

Tədbirdə istifadə olunan tematik dekorasiya kinoteatrda filmin ab-havasını yaradıb. Dekor bir neçə hissədən ibarət olub. Belə ki, kinoteatrın foyesi uçuş zolağına çevrilib, qonaqların başlarının üzərindən buludlar keçib, həmçinin qəhrəmanını gözləyən motosiklet də təqdim olunub.

Bütün qonaqlar özlərini pilot kimi hiss etmək üçün unikal fürsət əldə ediblər. Bunun üçün sadəcə “Virtual zona”ya getmək və virtual reallıq eynəklərini taxmaq kifayət edib.

Tədbirin təşkilində “Brand Media Groups”, “Bolşoy Prazdnik” event şirkəti, “FRYDAY Burgers & Fries” restoranı, “Light in Black” kreativ şirkəti (foto və videoçəkiliş), “Savalan Winery” şirkəti, “Virtual zone” əyləncə mərkəzi, “Tupinamba” (qəhvə) və “Red Bull” dəstək göstəriblər.

Qeyd etmək istərdik ki, “Top Qan 2” filmini “Dəniz Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri