İyn
2022
17:41
25
54
1950
Virtual karabakh

İyunun 9-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlər - VİDEO

9 İyn, 2022
17:41
1950

İyunun 9-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində iyunun 9-dan etibarən “İtkin” triller filmi, “Vendetta. Atlanta dəstələri” döyüş filmi və “Koşşey” animasiya filminin nümayişinə başlayır.

“İtkin” triller filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “İtkin” triller filminin nümayişi başlanılır.

Filmin rejissoru: Brayan Qudman

Baş rollarda: Cerald Batler, Ceymi Aleksander, Rassell Hornsbi

Müddəti: 110 dəqiqə

Yaş həddi: 18+

Film haqqında qısa məlumat: Uill Spen boşanmaq üzrə olduğu yoldaşını onun valideynlərinin yanına aparır. Yanacaqdoldurma məntəqəsində dayanan zaman həyat yoldaşı qəribə şəkildə, heç bir iz qoymadan yoxa çıxır. Uill yerli polisə müraciət edir və yoldaşının valideynləri ilə birlikdə onu tapmağa çalışır. Lakin zaman keçdikcə şübhə onun üzərinə yönəlir.

“Vendetta. Atlanta dəstələri” döyüş filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Vendetta. Atlanta dəstələri” triller filminin nümayişi başlayır.

Filmin rejissoru: Cared Kon

Baş rollarda: Brüs Uillis, Klayv Stenden, Tomas Ceyn

Müddəti: 110 dəqiqə

Yaş həddi: 16+

Film haqqında qısa məlumat: Keçmişdə dəniz piyadaları qoşunlarında xidmət etmiş Uilyam Dunkan qızını itirir - qız küçə dəstələrinin qarşıdurmasının təsadüfi qurbanı olur. Polis fəaliyyət göstərmir. Ata ədaləti bərpa etmək istəyir, günahkarlarla özü məşğul olur. Öldürülən adam böyük bir mafiozun oğlu olur və Dunkan özünü dəstələrin müharibəsinin episentrində tapır.

“Koşşey” animasiya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Rusiya istehsalı “Koşşey” cizgi filminin nümayişi başlayır.

Filmin rejissorları: Roman Artemyev, İnna Evlannikova.

Müddəti: 90 dəqiqə

Yaş həddi 6+

Film haqqında qısa məlumat: Nədənsə, həmişə gənc və qüsursuz geyinən “Koşşey” üç yüz ildir ki, özünə həyat yoldaşı tapa bilmir. O, müxtəlif şahzadələri qorxudur, qaçırır, qurbağaya çevirir, lakin bu görüşlər qaranlıq şahzadəyə kömək etmir. Bu vaxt gözəl qəhrəman Varvara yalnız varlı cehizinə tamah salan bəylərlə arenada döyüşür. Bununla birlikdə, Koşşeyin iynəsinə sahib olan Çar Qorox Varvaraya necə çatacağını planlaşdırır. Ancaq Qorox bir şeyi nəzərə almır - Koşşeyin ölümü iynədən asılı olsa da, sevgi hələ də ürəyində canlana bilər...

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsi ilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri