16 
İyn
2022
11:35
33
16
1952
Virtual karabakh

İyunun 16-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlər - VİDEO

16 İyn, 2022
11:35
1952

İyunun 16-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yura dövrü dünyası: Hökmranlıq” fantastik triller filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində iyunun 16-dan ABŞ istehsalı olan “Yura dövrü dünyası: Hökmranlıq” fantastik triller filminin nümayişi başlayır.

Filmin rejissoru: Kollin Trevorrou

Baş rollarda: Diçen Lakmen, Brays Dallas Hovard və Kris Pratt

Müddəti 160 dəqiqə. Yaş həddi 12+

Film haqqında qısa məlumat: Nublar adası dağıldıqdan sonra dinozavrlar sərbəst buraxılaraq dünyaya yayılırlar. İnsanlar Yer kürəsində dinc yanaşı yaşayışı şərtləndirən incə tarazlığı qoruyub-saxlamağa çalışırlar. Bəs insan nə vaxta qədər tarixin ən qorxulu varlıqları ilə çiyin-çiyinə yaşayaraq öz hökmranlığını qoruyub-saxlaya biləcək?

“Son seans: MTTH” qorxu filmi 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Son seans: MTTH” qorxu filminin nümayişi başlayır.

Filmin rejissoru: Gökhan Murat Toktamışoğlu

Baş rollarda: Serhat Üstündağ, Binali Münüklü və Hatice Düştegör

Müddəti 75 dəqiqə. Yaş həddi 18+

Film haqqında qısa məlumat: Səlimin uşaqlıqda qorxduğu atası yetkinlik yaşında da onu rahat buraxmır. Bundan əlavə, o, kimsəsiz meşədə onu təqib edən iki nəfərdən qaçmağa çalışır. Həyatda qalmağa çalışan Səlim vahiməli səslər və simalar ilə üz-üzə gələcək. Səlim reallıqla fobiyaların qarışdığı boş bir meşədə təqibçilərindən qurtula, fobiyalarına qalib gələ biləcəkmi?

“Üç pişik və macəra dənizi” cizgi filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Rusiya istehsalı olan “Üç pişik və macəra dənizi” cizgi filminin nümayişi başlayır.

Filmin rejissoru: Dmitri Visotski

Baş rollarda: Maksim Timonin, Sofiko Qoqitidze və Volodya Prudnikov

Müddəti 80 dəqiqə. Yaş həddi 1+

Film haqqında qısa məlumat: Bu, Korjik, Karamelka və Kompotun ən böyük macərasıdır. Valideynləri ilə birlikdə dənizkənarı kurortda dincəlməyə gedən pişik balalarını əyləncə dolu parlaq hadisələr və yeni dostlarla görüşlər gözləyir.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link,  
Android linkdən əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri