20 
İyn
2022
12:27
38
77
3442
Virtual karabakh

“CinemaPlus Amburan Mall”da “Yura dövrü dünyası: Hökmranlıq” filminin təqdimatı keçirilib - FOTO/VİDEO

20 İyn, 2022
12:27
3442

“CinemaPlus Amburan Mall”da “Yura dövrü dünyası: Hökmranlıq” filminin təqdimatı keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus Amburan Mall” premium kinoteatrında açıq səma altında “Yura dövrü dünyası: Hökmranlıq” əfsanəvi-fantastik filminin təqdimatı keçirilib.

“CinemaPlus”dan verilən məlumata görə, kinoteatr sanki keçmişə, yalnız dinozavrların hökm sürdüyü dünyaya qərq olub. Bitkilərin bolluğu, filmə özəl dekorasiyalar öz sözünü deyib. Tədbirdə dinozavrın peyda olması qonaqların böyük marağına, emosiyalar fırtınasına səbəb olub və onlar özlərini filmin qəhrəmanları kimi hiss edə biliblər.

Filmin rejissoru: Kollin Trevorrou.

Baş rollarda: Diçen Lakmen, Brays Dallas Hovard və Kris Pratt.

Film haqqında: Nublar adası dağıldıqdan sonra dinozavrlar sərbəst buraxılaraq planeti zəbt edirlər. İnsanlar Yer kürəsində yanaşı dinc yaşayışı şərtləndirən incə tarazlığı qoruyub saxlaya bilirlər. Bəs insan nə vaxta qədər tarixin ən qorxulu varlıqları ilə çiyin-çiyinə yaşayaraq öz hökmranlığını qoruyub saxlaya biləcək?

Tədbirin təşkilində Brand Media Groups, “S Design” dekor şirkəti, Strafor Kəsim, “FRYDAY Burgers & Fries” restoranı, “Light in Black” kreativ şirkəti (foto və videoçəkiliş), www.animator.az,  Azərbaycanda ilk orqanik şərab istehsalçısı - “Meysəri” şərabları, “Tupinamba” (qəhvə), “Bonaqua” və “Red Bull” dəstək göstəriblər.

Qeyd etmək istərdik ki, “Yura dövrü dünyası: Hökmranlıq” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır”.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri