29 
İyn
2022
17:06
25
56
1810
Virtual karabakh

Sevimli “Minyonlar” “CinemaPlus”da - VİDEO

29 İyn, 2022
17:06
1810

Sevimli “Minyonlar” “CinemaPlus”da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində iyunun 30-dan etibarən hər kəsin sevdiyi, “Minyonlar 2” kimi tanınan - “Minyonlar: Qrüvitasiya” ABŞ animasiya komediyasının nümayişinə başlanılacaq.

Kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, sözügedən animasiya komediyası tamaşaçıların “Mən yaramazam” (2010) cizgi filmində qarşılaşdıqları kiçik, sarı canlılar haqqında “Minyonlar” (2014) filminin davamıdır.

Rejissor: Kayla Balda.

Aktyorlar: Stiv Karell və Pyer Koffen əvvəlki hissələrdəki rollarını təkrarlayırlar. Taraci Henson, Mişel Yeo, RZA, Jan-Klod Van Damm, Lyusi Lauless, Dolf Lundqren, Denni Treho, Rassell Brend, Culi Endryus və Alen Arkin də aktyor heyətinə qoşulub.

Animasiya komediyasının dünya premyerası 13 iyun 2022-ci ildə “Annecy” Beynəlxalq Animasiya Filmləri Festivalında baş tutub.

“Minyonlar” ONUNLA qarşılaşana qədər bir milyon il ərzində ən böyük və ən qorxunc lideri axtarırlar. Qrü ilə tanış olun. O, hələ çox gənc olsa da, planlarında planeti titrədəcək, həqiqətən pis şeylər var.

Qeyd etmək istərdik ki, film üç dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Minyonlar: Qrüvitasiya” filmini “Dəniz Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

“CinemaPlus” sizə hər zaman xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri