İyl
2022
17:05
27
60
1822
Virtual karabakh

Qüdrətli Tor “CinemaPlus” ekranlarında - VİDEO

6 İyl, 2022
17:05
1822

Qüdrətli Tor “CinemaPlus” ekranlarında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsi iyulun 7-dən etibarən “Marvel” studiyası tərəfindən yaradılmış “Tor: Sevgi və İldırım” ABŞ superqəhrəman filminin nümayişinə başlayacaq.

Filmin rejissoru və ssenari müəllifi Tayka Vaytitidir. “Tor” obrazını Kris Hemsvort oynayır.

Rollarda həmçinin beş “Oskar” laureatı var: Kristian Beyl, Mett Deymon, Natali

Portman, Tayka Vaytiti və Rassel Krou.

“Tor: Sevgi və İldırım” yeni qadın - ildırım tanrısının ortaya çıxmasından bəhs edəcək. Natali Portman Torun keçmiş sevgilisi rolunda qayıdacaq və onun qadın versiyası olacaq. Filmdə tamaşaçılara artıq tanış olan personajlar da görünəcəklər.

Film həvəskarları “Ulduzlu Lord”, “Valkiriya”, “Draks”, “Grandmaster” və digər personajları ekranda görəcəklər. Qəhrəmanlar birlikdə tanrı qatilinin qisasının sirrini açıb çox gec olmadan onu dayandırmaq üçün qorxulu kosmik macəraya başlayırlar.

“Tor 4” “Marvel” kino kainatının yeni mərhələsinə daxil olacaq.

Qeyd etmək istərdik ki, film üç dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq.

Həmçinin, “Tor: Sevgi və İldırım” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri