25 
İyl
2022
12:10
24
83
2220
Virtual karabakh

“CinemaPlus”da Elvis Preslinin retro tədbirindən görüntülər - FOTO/VİDEO

25 İyl, 2022
12:10
2220

“CinemaPlus”da Elvis Preslinin retro tədbirindən görüntülər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus Amburan Mall” premium kinoteatrında, açıq səma altında rok-n-roll kralı Elvis Preslinin həyat və yaradıcılığından bəhs edən bioqrafik filmin təqdimatı keçirilib.

“S Design” şirkəti tərəfindən vintaj üslubunda olunan bəzədilmə, güzgülü diskoteka şarları, vinil plastinkalar, səhnə və işıqlandırma hamını heyran edib.

Təqdimatda aparıcı və Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Rüstəm Kərimov qonaqları salamlayıb. “Merry Band” peşəkar musiqi qrupu 60-70-ci illərin ab-havasını yaradaraq retro mahnılar ifa edib.

Elvis Preslinin obrazı üzərində qrim ustası, Əməkdar artist Maqsud Məmmədov çalışıb. Filmin qəhrəmanı obrazını aktyor İlxan Sadıqov canlandırıb və bu, tədbirin qonaqlarında xoş nostalji hissləri yaradıb.

“Elvis” filmində baş qəhrəmanı canlandıran Ostin Batlerin musiqi təhsili olduğu üçün onun obrazı ilə yaxşı uyğunlaşıb.

Batler filmdəki mahnıları özü ifa etdiyini təsdiqləyib. Bunun üçün aktyor çəkilişlərə başlamazdan əvvəl tam bir il səs müəllimləri ilə işləyib. Rolundan danışan Batler qeyd edib ki, Elvisin qohumları, Elvisin özü və onu çox sevən digər insanlar qarşısında böyük məsuliyyət hiss edir.

Tom Henks Preslinin meneceri Tomas Parker rolunu oynayıb.

Filmdə Elvisin həyat yoldaşı rolunda Olivia DeConq, onun valideynləri kimi Prissilla Presli, Helen Tomson və Riçard Roksburq, Nataşa Bassett, Lyuk Breysi, Devid Uenem, Deyker Montqomeri və başqaları rol alıb.

“Oskar” namizədi Baz Lurman isə rejissorluq və prodüserlik edib.

Elvis Preslinin həyatı və musiqisinin hekayəsi onun meneceri, polkovnik Tom Parker ilə mürəkkəb münasibətlər prizmasından göstərilib. Onlar 20 ildən çox bir yerdə işlədilər: Elvisin karyerasının başlanğıcından onun misilsiz şöhrətinə qədər.

Tədbirin təşkilində dekor şirkəti “S Design”, “DÜKKAN” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Savalan Winery” şirkəti, “Magic Mirror”, “Merry Band” musiqi qrupu, qəhvə “Tupinamba”, “Somersby”, “Coca-Cola”, “Bonaqua” və “Red Bull” dəstək göstəriblər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri