19 
Avq
2022
12:04
11
59
2013
Virtual karabakh

“CinemaPlus”da “YAYIN SON FİLMLƏRİ” festivalı

19 Avq, 2022
12:04
2013

“CinemaPlus”da “YAYIN SON FİLMLƏRİ” festivalı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yayın son həftəsi kinoteatrda maraqlı keçəcəyini vəd edir!

“CinemaPlus” kinoteatrlar şəbəkəsində avqustun 22-dən 31-dək “YAYIN SON FİLMLƏRİ” festivalı keçiriləcək.

“CinemaPlus” tamaşaçının zövqünü oxşayacaq filmləri xüsusi endirimli qiymətə təqdim edir. Biletin qiyməti Sumqayıt və Gəncədə 3 manat, Bakıda isə 4 manat təşkil edəcək. Şənbə və bazar günləri aksiyaya daxildir.

Festivala daxil olan filmlərin siyahısı:

• ABŞ istehsalı döyüş filmi “Top Qan 2”
• Qorxu filmi “Qara telefon”
• Bioqrafik film “Elvis”
• Fransız komediya filmi “Gopa basma!”
• Qorxu filmi “Açıq dəniz: Dərinlik bədheybəti”
• ABŞ istehsalı superqəhrəman filmi “Tor: Sevgi və İldırım”
• Animasiya filmi “Mutlu Oyuncak Dükkanı”
• Animasiya filmi “Samuray it və pişiklər şəhəri”

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012-499-89-88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

“CinemaPlus” ilə ən son yenilikləri izləyin.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri