21 
Sen
2022
16:32
41
82
1821
Virtual karabakh

Yalnız “CinemaPlus”da 4DX texnologiyası ilə “Avatar” filmini hiss et - VİDEO

21 Sen, 2022
16:32
1821

Yalnız “CinemaPlus”da 4DX texnologiyası ilə “Avatar” filmini hiss et - VİDEO

“Dəniz Mall” ticarət mərkəzində yerləşən və ölkənin ən böyük kinoteatrı olan “CinemaPlus”da 2009-cu ilin ABŞ elmi-fantastik “Avatar” filmi ən son 4DX texnologiyası ilə nümayiş olunacaq.

Filmin ssenarist və rejissoru Ceyms Kemerondur. Baş rollarda isə Sem Uortinqton, Zoe Saldana və Siqurni Uiver iştirak edir.

Film haqqında qısaca: Keçmiş dəniz piyadası Jake Sulli əlil arabasındadır. Zəif bədəninə baxmayaraq, Ceyk qəlbində hələ də döyüşçüdür. Ona Pandora planetinə, Yer kürəsinin bazasına bir neçə işıq ili müddətinə səyahət etmək tapşırığı verilir. Orada korporasiyalar Yerin enerji böhranından çıxması üçün böyük əhəmiyyət kəsb edən nadir mineralı hasil edirlər.
“Avatar” kino tarixində 2 milyard dollarlıq rekordu qıran ilk film idi. Film 9 kateqoriya üzrə Oskar mükafatına namizəd olub.

“Avatar”ın yaradılması 1990-cı illərin ortalarında, Ceyms Kemeron filmin skriptinin 80 səhifəlik bir konsepsiyasını yazanda başladı. 1997-ci ildə filmin çəkilişləri başlamalı və 1999-cu ildə təqdim olunmalı idi, lakin Kemeronun sözlərinə görə, həmin dövrdə filmi canlandırmaq üçün lazımi texnologiyalar mövcud deyildi.

Film 2009-cu ildə ənənəvi 3D formatında nümayiş edilib. O illərdə müasir 4DX texnologiyası yox idi. Bütün Cənubi Qafqaz ölkələri arasında yeganə təmsilçi olan “CinemaPlus” kinoteatrı eksklüziv olaraq filmi bu formatda nümayiş edəcək.

4DX texnologiyası hərəkət, fırlanma və kreslo titrəyişləri, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə filmlərin vizual effektlərini genişləndirir. Bunun nəticəsində 4DX tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə kino sənayesində ən valehedici formatlardan biri hesab olunur.

Hər bir 4DX zalı video ilə sinxron olaraq 21 müxtəlif effekt ilə hərəkət edən və filmin nümayişindən maksimal həzz almaq imkanı verən oturacaq yerlərindən ibarətdir. 650-dən çox Hollivud filmi 4DX formatında nümayiş olunub.

4DX istifadəyə verildikdən sonra tamaşaçılar kinoteatra böyük həvəslə gəlir və istirahətdən parlaq xatirələr əldə edirlər. Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir.

Qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Avatar” filminin ikinci hissəsi 15 dekabr 2022-ci ildən etibarən nümayiş olunacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq.

Bizimlə əlaqə saxlayın