26 
Okt
2022
12:13
14
32
3752
Virtual karabakh

Oktyabrın 27-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO

26 Okt, 2022
12:13
3752

Oktyabrın 27-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 27-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər

“Timsah Layl” ailəvi müzikl filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində oktyabrın 27-dən etibarən ABŞ istehsalı olan “Timsah Layl” ailəvi müzikl filminin nümayişi başlayır.
Filmin rejissoru: Coş Qordon, Uill Spek.

Baş rollarda: Xavyer Bardem, Konstans Vu, Skut MakNery.
Müddəti 115 dəqiqə. Yaş həddi 12+

Film haqqında qısa məlumat: Prim ailəsi Nyu-Yorka köçür və orada məlum olur ki, oxuyan timsah Layl onların çardağında yaşayır. Layl balaca Coş Primmə köçdükdən sonra uyğunlaşmağa kömək edir. Lakin pis qonşu cənab Qrumps heyvanın insanlardan təcrid olunmasını istəyir.

“Parisin yaraları”  kriminal dram filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Fransa istehsalı olan “Parisin yaraları” kriminal dram filminin nümayişi başlayır.
Filmin rejissorları: Sedrik Jimenes.

Baş rollarda: Jan Dujardden, Lina Kudri, Marina Vakt.
Müddəti dəqiqə 110. Yaş həddi +16

Film haqqında qısa məlumat: 2015-ci ilin noyabrında Paris tarixinin ən dəhşətli terror aktlarını yaşadı. Təxminən 400 nəfər diqqətlə planlaşdırılmış zorakılıq aktlarının qurbanı oldu. Lakin cinayətkarlar bununla da dayanmaq fikrində deyildilər. Gələcək təhdidlərin qarşısını almaq üçün iki agent Köhnə Dünya tarixində ən böyük araşdırmalardan birini aparmalı və cinayətkarların yenidən zərbə endirməsinin qarşısını almalı olacaq. İndi təkcə Fransa deyil, bütün Avropa təhlükə altındadır.

“Dəhşətli işıq” qorxu filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Dəhşətli işıq” qorxu filminin nümayişi başlayır.
Filmin rejissoru:  Daniel Ştam.

Baş rollarda:  Virciniya Madsen, Jaklin Bayers, Kolin Selmon.
Müddəti 105 dəqiqə. Yaş həddi 16+

Film haqqında qısa məlumat: 25 yaşlı rahibə Enn əmindir ki, onun başlıca missiyası insanların bədənindən şeytanın çıxarılmasıdır, baxmayaraq ki, şeytan çıxarma mərasimi keçirmək yalnız kahinlərə icazə verilir. Qadağalara baxmayaraq, o, öz missiyasına başlayır, lakin tezliklə dəhşətli cinlərlə üz-üzə gəlir.

“Dəvət”  qorxu filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ və Macarıstan istehsalı olan “Dəvət” qorxu filminin nümayişi başlayır.
Filmin rejissorları: Cessika Tomson.

Baş rollarda: Natali Emanuel, Tomas Doerti, Stefani Korneliussen.
Müddəti 125 dəqiqə. Yaş həddi 18+

Film haqqında qısa məlumat: Evie kimsəsiz qaldıqdan sonra DNT testi edir və İngiltərədə onun varlı qohumları olduğunu kəşf edir. Qonaq çağırılan Evie, ailədə qəribə hadisələrin baş verdiyinin şahidi olur. Bir müddət sonra anlayır ki, yeni qohumları vampirlərlə əlaqəlidir. Kaş bu dəvəti qəbul etməzdi...
 

“Mənim pələngim”  macəra filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində İtaliya istehsalı olan “Mənim pələngim” macəra filminin nümayişi başlayır.
Filmin rejissorları: Brando Kuiliçi.

Baş rollarda:   Klaudiya Cerrini, Sanni Pavar, Yun Si Coys.
Müddəti 105 dəqiqə. Yaş həddi 12+

Film haqqında qısa məlumat: Himalay dağlarının ətəklərində yetim uşaq Benqal pələnginin balasını amansız brakonyerlərdən xilas edir. Onlar birlikdə Buddist rahiblərin vəhşi heyvanları qoruduğu “Pələng yuvası” kimi tanınan dağların hündürlüyündə olan monastıra gedirlər. Onları kəşflər və təhlükələrlə dolu maraqlı bir səyahət gözləyir və yalnız yaranan dostluq hər şeyin öhdəsindən gəlməyə kömək edəcək.

“Aslan Hürküş Görevimiz Gökbey” cizgi filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Aslan Hürküş Görevimiz Gökbey” cizgi filminin nümayişi başlayır.
Filmin rejissoru: H. Sinan Güngor, Semih Turalı, Yunus Emre Çakır.
Baş rollarda: Kayra Özdemir, Elif Gizem Aykul, Fatih Özkul.

Müddəti 105 dəqiqə. Yaş həddi 6+

Film haqqında qısa məlumat : Film Gökbey ilə bir araya gələn Aslanın Kapadokyadan başlayaraq bütün ölkədə davam edən macərasından bəhs edir.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az

mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:
IOS link   
Android link  
əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri