28 
Dek
2022
14:04
140
100
9142
Virtual karabakh

“CinemaPlus”da “Zona” Azərbaycan komediya filminin nümayişi başladı - VİDEO

28 Dek, 2022
14:04
9142

“CinemaPlus”da “Zona” Azərbaycan komediya filminin nümayişi başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Cinemazadeh” studiyasının bənzərsiz, hətta qəribə bir ideyalı “Zona” filminin nümayişi başladı.

Komediya janrında olan filmdəki hadisələr, situasiyalar uydurmadır.

“Zona” filminin baş prodüseri Cəfər Axundzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, rejissoru Vüsal Hacıqədir, operatoru Orxan Məmmədov, quruluşçu rəssamı Zaur Abdullayev, bəstəkarı Ruhin Məmmədzadə, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssamı Aytən Hüseynzadə, Post-prodakşn supervayzer Vüqar İslamzadədir.

Filmin aktyor heyəti Məcid Hüseynov, Tural Əsədov, Aqil M.Quliyev, Taleh Yüzbəyov, Faiq Mirzəyev, Elsevər Camal, Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nofəl Şahmaroğlu, Elvin İbra, Erkin Ergin, Tərlan Nur Yaşar, Samir Ələsgərov, Şəlalə Şahvələdqızı, Xalq artisti Əbdül Mahmudov və digər məşhur simalardan ibarətdir.

Filmin baş qəhrəmanı sadəlövhlüyü ucbatından şəhərdə qeyri-rəsmi fəaliyyət göstərən kollektor şirkətində işə düzəlir. Onun vəzifəsi banklara və ya fiziki şəxslərə borcu olanlardan həmin borcu almaqdır. İşini uğurla görən qəhrəmanın borcalanlarından biri ölü tapılır və bütün dəlillər ona qarşı olduğuna görə qəhrəman həbs olunur. Filmin əsas hissəsi Quantanamo, Alkatras həbsxanasını xatırladan bir yerdə cərəyan edir. Baş qəhrəman özünün günahsızlığını sübut etmək üçün həbsxanadan qaçış planı düşünür. Amma bu həbsxanadan qaçmaq mümkün deyil.

Media dəstəyi “Azad Azərbaycan” Telaradioyayım şirkəti, 106 FM və 106.3 FM-ə aiddir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan “Zona” filmi kinosevərlərin Yeni ilini daha maraqlı və rəngarəng edəcək. 

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri