11 
Yan
2023
17:14
12
62
4345
Virtual karabakh

Yanvarın 12-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO

11 Yan, 2023
17:14
4345

Yanvarın 12-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fortuna” əməliyyatı: Qalib olma sənəti” döyüş filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində yanvarın 12-dən etibarən ABŞ istehsalı olan “Fortuna” əməliyyatı: Qalib olma sənəti” döyüş filminin nümayişi başlayır.

Filmin rejissoru: Qay Riçi.

Baş rollarda: Ceyson Stethem, Obri Plaza, Coş Hartnet.

Müddəti 130 dəqiqə. Yaş həddi 18+

Film haqqında qısa məlumat: Elit kəşfiyyatçı Orson Forçen (Fortune) yeni tapşırıq alır: ölümcül silahların satışını və yayılmasını dayandırmaq. Lakin bu missiyanı təkbaşına yerinə yetirə bilməz. O, dünyanın ən yaxşı əməliyyatçıları, eləcə də bu qrup üçün inandırıcı “əfsanə”ni təmin edəcək məşhur kino aktyoru ilə bir araya gəlməyə məcbur olur. Bəşəriyyətin taleyi təhlükə altındadır və bu dəfə supercasuslar Hollivud qaydalarına uyğun oynamalı olacaqlar.

“Şeflərin mübarizəsi” komediya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində İspaniya istehsalı olan “Şeflərin mübarizəsi” komediya filminin nümayişi başlayır.

Filmin rejissoru: Xoakin Mason.

Baş rollarda: Karra Elexalde, Enrik Oker, Meqan Montaner.

Müddəti 105 dəqiqə. Yaş həddi 18+

Film haqqında qısa məlumat: Gənc və iddialı aşpaz Mişel üçüncü “Mişlen ulduzu”ni xəyal edir və bu məqsədə çatmaq üçün çox çalışır. Ancaq gözlənilmədən onun həyatına atası qayıdır - 30 il əvvəl izsiz yoxa çıxan, bir vaxtların məşhur kulinariya ustası.

“Mənim dözülməz qonşum” dram filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Mənim dözülməz qonşum” dram filminin nümayişi başlayır.

Filmin rejissoru: Mark Forster.

Baş rollarda: Tom Henks, Reyçel Keller, Manuel Rulfo.

Müddəti 135 dəqiqə. Yaş həddi 12+

Film haqqında qısa məlumat: Gənc evli cütlük yeni bir evdə yeni həyata başlamaq üçün başqa şəhərə köçmək qərarına gəlir. Ancaq məlum olur ki, onların burada Otto adlı deyingən qonşusu olacaq. O, sözün əsl mənasında həmişə hər şeydən narazıdır. Ancaq Marisolla tanış olduqdan sonra həyatı tamamilə dəyişir.

“Keçmişin əks-sədaları” döyüş-vestern filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində yanvarın 12-dən etibarən ABŞ istehsalı olan “Keçmişin əks-sədaları” döyüş-vestern filminin nümayişi başlayır.

Filmin rejissoru: Bret Donohu.

Baş rollarda: Nikolas Keyc, Klint Hovard, Abraham Benrubi.

Müddəti 105 dəqiqə. Yaş həddi 16+

Film haqqında qısa məlumat: Keçmiş atıcı Kolton Briqqs uzun müddətdir ki, dinc həyat sürürdü, lakin cinayətkar dəstənin baş qəhrəmanın həyat yoldaşını öldürməsi və evini külə çevirməsi ilə hər şey dəyişir. Briqqs yenidən silaha sarılır və döyüş meydanına atılır. Qəhrəmana qisas yolunda onun 12 yaşlı qızı Bruk kömək edəcək.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az
mobil tətbiqindən, “iOS” və “Android” əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link  

əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri