25 
Yan
2023
18:18
22
88
4739
Virtual karabakh

Yanvarın 26-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO

25 Yan, 2023
18:18
4739

Yanvarın 26-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənim quldur toyum” komediya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində yanvarın 26-dan etibarən ABŞ istehsalı olan “Mənim quldur toyum” komediya filminin nümayişi başlayır.

Filmin rejissoru: Ceyson Mur.

Baş rollarda: Cenifer Lopez, Coş Düamel, Lenni Kravits, Cennifer Kulic, Sonya Braqa.

Müddəti 115 dəqiqə. Yaş həddi 16+.

Film haqqında qısa məlumat: Tom və Darsinin ekstravaqant toyu cinayətkarların müdaxiləsi səbəbindən təhlükə altındadır. İndi toyu yarım qalan cütlük mərasimi xilas etməli və bir-birlərini niyə sevdiklərini yenidən başa düşməlidirlər.

“M3qan” qorxu filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “M3qan” komediya filminin nümayişi başlayır.

Filmin rejissoru: Cerard Counstoun.

Baş rollarda: Karra Elexalde, Enrik Oker, Meqan Montaner.

Müddəti 120 dəqiqə. Yaş həddi 18+.

Film haqqında qısa məlumat : Cemma bir oyuncaq firmasında robot mühəndisidir. Onun qardaşı qızı valideynlərini itirdikdən sonra, Cemma balacaya dəstək üçün ona eksperimental android-gəlincik hədiyyə edir. Lakin əsas missiyası “uşağı qoru” olan android - “M3gan”, öz tapşırığına həddindən artıq məsuliyyətli yanaşmağa başlayır.

“Heyrətamiz Morris” ailəvi cizgi filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində şəbəkəsində Böyük Britaniya, Almaniya və ABŞ istehsalı olan “Heyrətamiz Morris” ailəvi cizgi filminin nümayişi başlayır.

Filmin rejissorları: Tobi Genkel, Florian Vesterman.

Baş rollarda: Xyu Lori, Emiliya Klark, Devid Tyulis, Ximeş Patel.

Müddəti 105 dəqiqə. Yaş həddi +6.

Film haqqında qısa məlumat : Pişik Morisin iki istedadı var: danışmaq və fırıldaqçılıq etmək. Danışan gəmiricilərlə şəhərdən şəhərə səyahət edərək, hər dəfə yerli sakinləri siçovulların işğalından “xilas edir” (əlbəttə ki, yaxşı ödəniş qarşılığında). Ancaq bir dəfə Trash-Blinzburqda Moris və onun dostları bu şəhərin təhlükəli sirlərlə dolu olduğunu başa düşürlər... İndi onlar burada yaşayan bütün “ikiayaqlıları” təəcübləndirərək əsl şər ilə siçan-pişik oynayıb, bu yerin əsas sirrini həll etmək məcburiyyətindədirlər.

“İnişerin adasının Banşıləri” dram filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində İrlandiya, Böyük Britaniya və ABŞ istehsalı olan “İnişerin adasının Banşıləri” komediya-dram janrında olan filmin nümayişi başlayır.

Filmin rejissoru: Martin Makdona.

Baş rollarda: Kolin Farrel, Brendan Qlison, Kerri Kondon.

Müddəti 125 dəqiqə. Yaş həddi 18+.

Film haqqında qısa məlumat:1923-cü il. İrlandiya vətəndaş müharibəsi fonunda iki ən yaxın dost Patrik və Kolm arasında münaqişə baş verir. Onlar ucqar İnişerin adasında yaşayırlar və birdən-birə dostluqlarını kəsirlər. Heç bir səbəb olmadan, Kolm sadiq yoldaşı ilə ünsiyyətini dayandırır və ona sərt ultimatum verir. Patrik hər dəfə onunla danışanda, Kolm barmaqlarından birini kəsəcək.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az
mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link  

əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri