Fev
2023
15:45
40
29
4375
Virtual karabakh

Fevralın 2-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO

2 Fev, 2023
15:45
4375

Fevralın 2-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəza” triller filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində fevralın 2-dən etibarən ABŞ və Böyük Britaniya istehsalı olan “Qəza” triller filminin nümayişi başlayır.

Filmin rejissoru: Jan-Fransua Rişe.

Baş rollarda: Cerard Batler, Daniella Pineda, Toni Qoldvin.

Müddəti 120 dəqiqə. Yaş həddi 16+

Film haqqında qısa məlumat: Pilot Brody Torrance fırtına nəticəsində zədələnmiş təyyarəni düşmən ərazisinə endirməyə məcbur olur. Tezliklə məlum olur ki, sağ qalanları və təyyarəni ələ keçirmək üçün, sərnişinləri silahlı quldurlar hədələyirlər. İtmiş təyyarənin axtarışları davam edərkən, Brody yardım gələnə qədər sərnişinlərini qorumalıdır.

“Mumiyalar” cizgi filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində İspaniya istehsalı olan “Mumiyalar” cizgi filminin nümayişi başlayır.

Filmin rejissoru: Xuan Xesus Qarsia Qaloça.

Baş rollarda: Şon Bin, Elinor Tomlinson, Hyu Bonnevil.

Müddəti 100 dəqiqə. Yaş həddi 6+

Film haqqında qısa məlumat : Mumiyalar yerin altında qədim Misirin tam əksi olan gizli şəhərdə yaşayır. Üç mumiya - şahzadə, keçmiş arabaçı və kiçik qardaşı ev heyvanı timsahla birlikdə məzəli bir macəraya başlayırlar. Onlar təsadüfən müasir Londona qalxaraq, burada arxeoloq Lord Karnabi tərəfindən oğurlanmış qədim üzüyü tapmağa çalışacaqlar.

“Qapı döyüntüsü” triller filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Qapı döyüntüsü” detektiv triller filminin nümayişi başlayır.

Filmin rejissoru: M. Nayt Şyamalan.

Baş rollarda: Deyv Batista, Rupert Qrint, Conatan Qrof.

Müddəti 115 dəqiqə. Yaş həddi +18

Film haqqında qısa məlumat : Uzaq bir evdə tətildə olarkən, kiçik bir qız və onun valideynləri dörd silahlı naməlum şəxs tərəfindən əsir götürülürlər. Apokalipsisin qarşısını almaq üçün ailədən ağlasığmaz seçim etmək tələb olunur. Xarici dünyaya məhdud çıxışı olan ailə nəyə inandığına qərar verməli və tez bir zamanda seçim etməlidir.

“Qarabağ hekayələri: Dünən, bu gün, sabah” dram filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” dram filminin nümayişi başlayır.

Filmin rejissoru: Məzahir Həşimov, Gülay Babayeva, Qulu Əsgərov.

Baş rollarda: Əli Əliyev, Dəniz Tacəddin, Kəmalə Piriyevа, Niyaz Qasımov, Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı, Əlibala Əsgərov.

Müddəti 88 dəqiqə. Yaş həddi 16+

Filmlər haqqında qısa məlumat: 1. “Sizə məktub var…” filmində əsgər hospitalda olduğu vaxt gördüyü gənc xanıma hisslərini etiraf edir. Həmin xanıma aşiq olan yaxın dostu da müharibədədir. Xanım həmin hisslər barəsində gec öyrənir. Ona görə artıq gecdir.

2. “Arxa cəbhə” filmində ailəsini Bərdədə qoyub özü döyüşə gedən oğlan filmin əsas qəhrəmanıdır. O, vaxtaşırı arxa cəbhədə, Bərdədə qalan ailəsi ilə danışır. Bir gün bu danışığı bir bomba hücumu pozur.

3. “Hasar” filmində Birinci Qarabağ müharibəsində oğlunu itirən Elçin qələbədən sonra doğma diyarına qayıdır və köhnə düşmənini görməmək üçün evin hasarını bərpa etməyə çalışır. Lakin qonşunun kor olan oğlunun itməsi onun işlərinə mane olur.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az

mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link  

əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri