17 
Fev
2023
22:54
37
29
3867
Virtual karabakh

“CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin siyahısı - VİDEO

17 Fev, 2023
22:54
3867

“CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin siyahısı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 16-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb.

Məlumata görə, “CinemaPlus” kinoteatrlar şəbəkəsində fevralın 16-dan etibarən ABŞ istehsalı olan “Qarışqa adam və Arı: Kvantomania” fantastik triller filminin nümayişi başlayır.

Filmin rejissoru: Peyton Rid.

Baş rollarda: Mişel Pfayfer, Evancelin Lilli, Pol Rad, Bil Murrey, Conatan Maycers, Ketrin Nyuton, Maykl Duqlas.

Müddəti 140 dəqiqə. Yaş həddi 12+.

Film kiçilməyə və böyüməyə imkan verən kostyumun sahibi, keçmiş cinayətkar Scott Lanq-ın sərgüzəştlərindən bəhs edir. Qarışqa adam kostyumunu hazırlayan məşhur fizik və entomoloq Henk Pimin qızı Houp van Dain ilə birlikdə Skot növbəti dəfə dünyanı yaxınlaşan təhlükədən xilas edəcək.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Rusiya istehsalı olan “Qar Kraliçası: Buz əriməsi” cizgi filminin nümayişi başlayır.

Filmin rejissorları: Aleksey Sisilin, Andrey Korenkov.

Baş rollarda: Polina Voyçenko, Mariya Şustrova, İrina Çumantyeva.

Müddəti 90 dəqiqə. Yaş həddi 6+

Film haqqında qısa məlumat : Qar kraliçasının qızı, nadinc və cəsur sehirbaz Ayla təsadüfən qəddar buz ruhlarını azadlığa buraxır. İndi bütün dünyaları əbədi qışdan xilas etmək üçün o, Kay və Gerdanın axtarışına çıxmalı, əsl dostlardan komanda toplamalı və öz sehrinə hakim olmağı öyrənməlidir. Birlikdə onlar maraqlı macəra yaşayacaqlar, çünki əsl dostluq istənilən buzu əridə bilər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Qan” qorxu filminin nümayişi başlayır.

Filmin rejissoru: Bred Anderson.

Baş rollarda: Mişel Monahen, Finli Voytak-Xison, Skit Ulrix.

Müddəti 125 dəqiqə. Yaş həddi +18

Film haqqında qısa məlumat : Ces uşaqları və iti ilə köhnə ailə fermasına köçür. Tezliklə it meşəyə qaçır və bir neçə gün sonra geri qayıdaraq, Cesin oğluna hücum edir. İtin dişləməsi qəribə infeksiya ilə nəticələnir və oğlanın davranışı get-gedə qorxulu və təhlükəli olmağa başlayır.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az , mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsi ilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri