22 
Fev
2023
15:55
22
60
3883
Virtual karabakh

Fevralın 23-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin siyahısı - VİDEO

22 Fev, 2023
15:55
3883

Fevralın 23-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin siyahısı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 23-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb.

“Oğul” dram filmi

Yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində fevralın 23-dən etibarən Böyük Britaniya və Fransa istehsalı olan “Oğul” dram filminin nümayişi başlayır.

Filmin rejissoru: Florian Zeller.

Baş rollarda: Hyu Cekman, Entoni Hopkins, Lora Dern, Vanessa Kirbi, Zen Makqrat.

Müddəti 135 dəqiqə. Yaş həddi +16

Film haqqında qısa məlumat: Nyu York. Piter yeni partnyoru Bet və körpə uşağı ilə gərgin həyat yaşayır. Keçmiş yoldaşı isə yeniyetmə oğlu Nikolasla birlikdə geri dönəndə, işlər daha da çətinləşir. Nikolas depressiyadadır və hətta aylarla dərslərə getmir. Piter yaxşı ata olmağa və oğluna ailə xoşbəxtliyini hiss etdirməyə çalışır. Lakin Nikolasın vəziyyətinin ağır olması hər iki tərəf üçün təhlükə yaradır.

Marlou” kriminal detektiv filmi

Yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ və İrlandiya istehsalı olan “Marlou” kriminal detektiv filminin nümayişi başlayır.

Filmin rejissoru: Nil Cordan.

Baş rollarda: Liam Nison, Dayan Kruqer, Cessika Lenq.

Müddəti 120 dəqiqə. Yaş həddi 16+

Film haqqında qısa məlumat: Biznesdəki problemlər və tənhalıq özəl detektiv Filip Marlounun gələcəyi üçün yaxşı heç nə vəd etmir. Ancaq həyatında göz qamaşdıran bir sarışın xanım peyda olur və onun keçmiş sevgilisini tapmağı xahiş edir. Marlou başa düşür ki, gözəl naməlum qadının sevgilisinin axtarışı böyük sirrin yalnız kiçik bir hissəsidir.

“Asteriks və Obeliks: Səma altı” komediya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Fransa istehsalı olan “Asteriks və Obeliks: Səma altı” komediya filminin nümayişi başlayır.

Filmin rejissoru: Giyom Kane.

Baş rollarda: Giyom Kane, Jil Lelluş, Vensan Kassel.

Müddəti 125 dəqiqə. Yaş həddi +6

Film haqqında qısa məlumat: Eramızdan əvvəl 50-ci il. Çində çevriliş baş verir və nəticədə imperatorun yeganə qızı Suan-di Qalliyaya qaçmalı olur. Orada o, Asteriksdən və Obeliksdən ölkəsinin azad olunmasında kömək etməyi xahiş edir. Onlar Çinə yollanırlar, amma Yuli Sezarın da ora getməsindən heç xəbərləri olmur. 

“Kefli Ayı” komediya-trilleri

“CinemaPlus” kinoteatrlar şəbəkəsində komediya-triller janrında, ABŞ istehsalı olan “Kefli Ayı” filminin nümayişi başlayır.

Filmin rejissoru: Elizabet Benks.

Baş rollarda: Rey Liotta, Keri Rassel, Olden Erenrayk.

Müddəti 110 dəqiqə. Yaş həddi +16

Film haqqında qısa məlumat: Corciya ştatının meşəliklərinin üzərindən uçan təyyarədən narkokuryerlər kokain dolu böyük kisə tullayırlar. Bu kisəni bir ayı tapıb yeyir. İndi meşədə olan meşəbəyilər, turistlər və təsadüfən coşmuş heyvanın yoluna düşən adamlar çox ehtiyatlı olmalıdırlar.

Rok Doq 3: Ritm savaşı” cizgi filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ və Çin istehsalı olan “Rok Doq 3: Ritm savaşı” cizgi filminin nümayişi başlayır.

Rejissor: Entoni Bel.

Baş rollarda: Qrem Hemilton, Eşli Bol, Endru Frensis.

Müddəti 105 dəqiqə. Yaş həddi 6+

Film haqqında qısa məlumat: Hər kəs yeni musiqili şou “Ritm savaşı”na görə başını itirib. Bodi isə onu heç bəyənmir. Lakin şounun aparıcısı olan əfsanəvi Ağ Pişik Angus itkin düşəndən sonra, Bodi jüri üzvü və “rok-n-rol” haqqında xəbəri bələ olmayan qrupun rəhbəri olmalıdır. Bu işlərin öhdəsindən gəlmək üçün Bodi bütün köhnə dostlarını birlikdə toplamalıdır. 

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az

mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link  

əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri