Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Güldürən və düşündürən “HOZU Dayə” filminin möhtəşəm qala gecəsi - FOTO/VİDEO
“HOZU Dayə” filminin qala gecəsi baş tutub.
Oxu.Az xəbər verir ki, Məcid Hüseynov, Zemfira Əbdülsəmədova, Aqil M.Quliyev, Samir Ələsgərov və Tərlan Nuryaşar kimi bir çox məşhur aktyorun yer aldığı filmin təqdimatında onları sənət yoldaşları tək qoymayıblar.
Belə ki, məşhur simalar, komediya janrında olan filmin təqdimatında bir araya gəliblər.
Olduqca maraqlı, gülməli və hətta sosial mesajlarla zəngin filmi izləyənlər əyləncə dolu günün sonunda aktyor və yaradıcı heyəti ayaq üstə alqışlayıblar.
Möhtəşəm qala gecəsindən ən maraqlı görüntüləri təqdim edirik:

Qeyd edək ki, “Hozu dayə” filmini şəhərin bütün kinoteatrlarında izləyə bilərsiniz.