16 
Mar
2020
23:11
328
33
5575
Virtual karabakh

“Azercell” rominqdə olan abunəçilərin balansını artırıb, “Qaynar xətt”ə olan zəngləri pulsuz etdi

16 Mar, 2020
23:11
5575

“Azercell” rominqdə olan abunəçilərin balansını artırıb, “Qaynar xətt”ə olan zəngləri pulsuz etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, hazırda ölkə hüdudlarından kənarda olan abunəçilərinə xüsusi diqqətlə yanaşır.

Belə ki, “Azercell” şirkəti hal-hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin  balansına ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 50 AZN məbləğində pul vəsaiti yükləyib.

Həmçinin, mart ayının 17-dən etibarən mobil operator bütün müştəriləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Qaynar xətt”inə (1542) zənglərin ödənişsiz olmasını təmin edib.

Qeyd edək ki, hazırda “Azercell”in Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətləri də gücləndirilmiş iş rejimi ilə çalışır. Belə ki, şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, habelə “Qaynar xətt”lə əlaqə saxlanılması istiqamətində hər cür dəstək göstərməyə hazırdır.

Xatırladaq ki, rominq zamanı “Azercell”in Fakturalı Xətt abunəçiləri +994506565000, Fakturasız Xətt (Sim-Sim) abunəçiləri isə +994502002111 nömrələri vasitəsilə mobil operatorun Telefon Mərkəzi ilə tamamilə ödənişsiz əlaqə saxlaya bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri