17 
Mar
2020
16:45
217
79
6613
Virtual karabakh

157 Azərbaycan vətəndaşı Türkiyədən ölkəyə gətirildi - FOTO

17 Mar, 2020
16:45
6613

157 Azərbaycan vətəndaşı Türkiyədən ölkəyə gətirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyə ərazisindən vətəndaşlarımızın gətirilməsi üçün martın 17-də Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.

AZAL-dan Oxu.Az-a verilən məlumata görə, bu reys ilə 157 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Xatırladaq ki, bu artıq Türkiyədən yerinə yetirilən üçüncü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri