24 
Mar
2020
17:35
269
91
7498
Virtual karabakh

230 Azərbaycan vətəndaşı vətənə qaytarıldı

24 Mar, 2020
17:35
7498

230 Azərbaycan vətəndaşı vətənə qaytarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.

“Azərbaycan Hava Yolları” QSC-nin məlumatına görə, martın 24-də AZAL Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə, 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Qeyd edilib ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri