25 
Mar
2020
13:56
189
25
3951
Virtual karabakh

Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı

25 Mar, 2020
13:56
3951

Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, gözləmə zallarına girişin məhdudlaşdırılması xüsusi karantin rejimi ilə əlaqədardır:

“Ölkə ərazisində bir ay davam edən karantin rejimi müddətində sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almağa çalışırıq. Nəzərə almaq lazımdır ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha da yüksək olur. Sərnişinlərdən bu məsələyə anlayışla yanaşmalarını və avtobusları perronlarda gözləmələrini xahiş edirik”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri