26 
Mar
2020
17:27
212
75
3915
Virtual karabakh

Xalq artisti: “Bir nəfərin kor-koranə atdığı addım hər birimizə ziyan verə bilər”

26 Mar, 2020
17:27
3915

Xalq artisti: “Bir nəfərin kor-koranə atdığı addım hər birimizə ziyan verə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirus çox təhlükəlidir. Havaya, torpağa, hər yerə yayılan virusdan qorunmaq üçün ancaq evdə qalmaq lazımdır”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Xalq artisti Əli Nur deyib.

O bildirib ki, koronavirus cavandan qocaya, uşaqdan böyüyə hər kəs üçün ciddi təhlükədir:

“Dövlətimiz insanların sağlamlıqlarını qorumaq üçün zəruri olan bütün tədbirləri görür. İnsanların toplu halda ictimai yerlərə yığılmasının qarşısı alınıb. Hökumət tərəfindən bütün iş yerləri müvəqqəti olaraq bağlanıb. Respublika ərazisində bir aylıq xüsusi rejim tətbiq olunub.

Bəzi insanlar evdə qalmaqla bağlı narazılıq edilər. Lakin düşünürəm ki, bu, çox yerində verilmiş bir qərardır. Bu, çox böyük bəladır. Vaxtilə taun, vəba xəstəlikləri yayılanda dəhşətli vəziyyət olub. İnsanlar şəhərləri tərk ediblər. Çətinliklə də olsa, bu qədər ağır xəstəliklərin qarşısı alınmışdı.

Bu gün isə günlərinin böyük hissəsini çayxanalarda, kafelərdə, parklarda keçirən, küçələrdə gəzən şəxslər bir neçə gün evdə oturmağı qəbul edə bilmirlər. Küçələrdə gəzmək, toplaşmaq həm özümüz, həm də digər şəxslər üçün təhlükəlidir. Yaxşı olar ki, evdə oturub yaxınlarımızla bir qədər zaman keçirək. Elə bilsinlər ki, məzuniyyətdədirlər. Evdə qalan yaşlı insanlara xüsusi qayğı göstərilir. Onların təqaüdlərini, maaşlarını vaxtında vermək üçün dövlət kifayət qədər vəsait ayırıb. Ümid edirəm ki, qısa zamanda bu bəladan canımızı qurtaracağıq”.

Xalq artisti qeyd edib ki, hər dəfə yeni bir insanın virusa yoluxması bütün ölkə üzrə vəziyyəti ağırlaşdıra bilər:

“Dünyanın ən sivil ölkələrindən olan İtaliya, Fransa və İspaniyada koronavirusdan nə qədər insan ölür. Dünya ölkələri bununla mübarizə aparmaqda çətinlik çəkir. Bir nəfərin kor-koranə atdığı addım, ağılsız iş hər birimizə ziyan vura bilər. Başda Prezident İlham Əliyev olmaqla, bütün rəhbər şəxslər insanların bu bəladan qorunması üçün lazımi tədbirləri görür. Biz də gərək fərd olaraq qaydalara riayət etməklə, hökumət tərəfindən atılan addımlara dəstək olaq.

Əl verib görüşmək, bir-birini öpərək salamlaşıb, hal-əhval tutmaq olmaz. Tək bu çətin ərəfədə yox, hər zaman belə olmalıdır. İnsanlar qarşılıqlı şəkildə bir-birinə hörmət etməlidirlər. Zorla əl uzadıb öpməyə çalışırlar. Bu qədər maarifləndirmə işləri aparılır, deyilənləri eşitmirlər? İnsanlarla təmasda olmayın, küçələrdə boş yerə gəzməyin. Dövlət bütün tədbirləri sizin üçün edir. Hər kəs özü, ailəsi, yaxınlarının təhlükəsizliyi üçün evdə oturmalıdır”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri