28 
Mar
2020
22:46
26
299
18619
Virtual karabakh

ETSN-dən qumruların kütləvi ölümü ilə bağlı məsələyə münasibət - RƏSMİ

28 Mar, 2020
22:46
18619

ETSN-dən qumruların kütləvi ölümü ilə bağlı məsələyə münasibət - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Paytaxt ərazisində quşların kütləvi şəkildə ölməsi faktı böyük ehtimalla qida zəhərlənməsi səbəbindəndir”.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktoru Hikmət Əlizadə sosial şəbəkədə paytaxt küçələrindən birində göyərçinlərin kütləvi şəkildə ölməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

O bildirib ki, quşlar arasında xəstəliklər xüsusilə payız fəslində başqa ölkələrdən Azərbaycan ərazisinə gələn köçəri quşlar vasitəsilə gündəmə gəlir:

“Bilirsiz ki, Azərbaycan mühüm miqrasiya dəhlizinin üzərində yerləşir. Köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi əhəmiyyətli təbiət əraziləri ciddi mühafizə olunur. Payız fəslində ölkə ərazisinə müxtəlif ölkələrdən milyonlarla quşlar gəlir ki, bu zaman bəzi xəstəliklərin yayılma ehtimalı ola bilir. Lakin hazırda mart ayının son günlərini yaşayırıq. Artıq köçəri quşlar ölkəni tərk edir. Bu səbəbdən quşlar arasında hər hansı xəstəliklərin müşahidə edilməsi mümkün deyil.

Digər tərəfdən hazırda ölkə ərazisində karantin dövrüdür. Bundan əvvəl həmin çöl göyərçinləri insanlar tərəfindən atılan çörək və dən ilə qidalanırdı. Bu gün isə küçələrdə insanların sayı azaldığı üçün quşlar zibil qutularından nə tapsalar onu yeyirlər. Ehtimal ki, quşlar ya köhnə yemlərdən ya da kütləvi şəkildə aparılan dezinfeksiya zamanı üzərinə  dezinfeksiyaedici məhlul düşən çörək və ya dən yeyiblər. Bu səbəbdən də zəhərlənərək ölüblər. Bu bir ehtimaldır”.

H.Əlizadə onu da əlavə edib ki, məsələ ilə bağlı dəqiq informasiyanı laboratoriya şəraitində aparılan araşdırmalardan sonra demək olar:

“Mövcud vəziyyətlə bağlı insanlar çox narahatdır. Bu səbəbdən istənilən məsələyə həssas yanaşırlar. Ona görə quşların hansı səbəbdən ölməsi ilə bağlı dəqiq məlumatı ölkədə fəaliyyət göstərən aidiyyəti qurumların müxtəxəssisləri verə bilər. Əgər ölü quşların cəsədləri həmin qurumların laboratoriyalarına təhvil verilsə.

Bu məsələ ilə bağlı məlumatı görən kimi Azərbaycanın bütün Milli park, qoruq ərazilərindəki idarələr ilə əlaqə saxladıq. Çünki mart ayının əvvəlindən Nazirlik tərəfindən Azərbaycanın Milli park və qoruq ərazilərində vəhşi təbiətdə müşahidələrin aparılması ilə bağlı tapşırıq verilib. Kütləvi heyvan ölüsü, quş ölüsü ilə bağlı faktlar olanda, dərhal bu barədə bizə məlumat verilir. Əlimizdə olan son məlumata görə, dəniz sahillərində, meşə ərazilərində quşların, heyvanların kütləvi ölümü ilə bağlı heç bir fakt qeydə alınmayıb. Məhz bu səbəblərdən düşünürük ki, şəhər ərazisində quşların kütləvi ölməsi qida zəhərlənməsi ilə bağlı ola bilər”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri