29 
Mar
2020
17:40
361
94
9434
Virtual karabakh

Fransada təhsil alan azərbaycanlı tələbə: “Bayıra çıxanda icazə kağızı almalıyıq”

29 Mar, 2020
17:40
9434

Fransada təhsil alan azərbaycanlı tələbə: “Bayıra çıxanda icazə kağızı almalıyıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bildiyiniz kimi, Fransa koronavirus baxımından qırmızı zonadadır. Evdən bayıra çıxmaq haqqımız yoxdur. Yalnız qısa müddətə səbəb göstərməklə bayıra çıxa bilərik. İndi maksimum bir saatlığa çıxmaq olar. Yaşayış yerindən maksimum bir km məsafəyə kimi getmək mümkündür.

Bayıra çıxanda da yazılı icazə kağızı almalıyıq. Orada tarix, saat və imza göstərilməlidir. Açığı, mən 16 gündür ki, evdəyəm. Ancaq divarlar “üstümə gəldiyindən”, bu müddətdə cəmi bir saatlığa evdən çıxmışam”.

Bunu Oxu.Az-a Parisdə “Xəzər Araşdırma Mərkəzi”nin (Caspian Research Center) prezidenti, Fransanın Sorbon Universitetinin tələbəsi Adilə (Adela) Naibova deyib. O, koronavirus səbəbindən Fransada olan durumu çatdırıb:

“Fransanın Ruan şəhərində ailəmlə – anam, atam, bacım və qardaşımla bir evdə yaşayıram. Yalnız valideynlərim evə ərzaq almaq üçün bayıra çıxır. Onda da böyük miqdarda ərzaq almağa çalışırlar ki, tez-tez bayıra çıxmalı olmasınlar.

Nənəm də Fransada yaşayır. Onun öz evi var. Koronavirus geniş yayıldıqdan sonra ona evdən çıxmamağı tapşırmışıq. Amma anam bir neçə gündən bir ona bazarlıq alıb aparır.

Dərslərimizi evdən distant üsulla keçirik. İnternetin sayəsində işlərimizi rahatlıqla apara bilirik. Evdə otursaq da, xalq arasında həmrəylik hiss edirəm. Hər axşam saat 8-də bütün qonşular balkonlara çıxıb tibb işçilərini alqışlayır. Hamımız bir-birimizə uzaqdan da olsa, dəstək olmağa çalışırıq”. 

Adilə Naibova bildirib ki, hazırda Fransada Azərbaycandan heç kim koronavirus səbəbindən dünyasını dəyişməyib:

“Mənim kimi Fransa vətəndaşlığı olan və ya oturum izni almış azərbaycanlılar da evdə qalmağa üstünlük verir. Amma burada oxuyan Azərbaycan vətəndaşı olan tələbələr Fransadakı səfirliyimizə müraciət edərək Bakıya aparacaq təyyarə təyin olunmasını gözləyirlər.

30 nəfərə yaxın türkəsilli insan Fransada koronavirus səbəbindən həyatını itirib. Şükür Allaha, hələ ki heç bir azərbaycanlı dünyasını dəyişməyib. Bildiyiniz kimi, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri