29 
Mar
2020
18:52
287
60
6306
Virtual karabakh

“Astara Çay” Koronavirusla Mübarizə Fonduna ianə etdi

29 Mar, 2020
18:52
6306

“Astara Çay” Koronavirusla Mübarizə Fonduna ianə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Astara Çay” MMC tərəfindən könüllü ianə edilib. 

Bu barədə “Report”a “Astara Çay” MMC-dən məlumat verilib. 

Məlumata görə, şirkət, öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) 100 min manat məbləğində maliyyə vəsaiti köçürüb. 

“Astara Çay” MMC kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir. 

 

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri