30 
Mar
2020
21:39
84
417
20687
Virtual karabakh

İqtisadiyyat naziri koronavirusa görə birbaşa maliyyə yardımının verilməsindən danışdı

30 Mar, 2020
21:39
20687

İqtisadiyyat naziri koronavirusa görə birbaşa maliyyə yardımının verilməsindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirusa görə zərər çəkmiş sahələr üzrə doqquz proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, dörd böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AZTV-nin “Hədəf” proqramında dilə gətirib.

Onun  sözlərinə görə, ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərərçəkmiş, minimal və heç zərərçəkməmiş iqtisadiyyatın sahələri müəyyənləşdirilib:

“Birinci və əhatəli olan proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edən proqramdır. Proqramın əsas məntiqi fəlsəfəsi ondan ibarətdir ki, həmin subyektlərin işçilərinin əməkhaqlarının əhəmiyyətli hissəsinin verilməsi üçün dövlət tərəfindən maddi yardım edilməsidir.

Burada biz işçinin real maaşını və ya respublika üzrə orta aylıq əməkhaqqını götürürük. Bilirsiniz ki, yanvar ayının nəticələrinə görə, artıq orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub.

Bu proqramın fəlsəfəsinə görə, aylıq əməkhaqqı fondunun 50 faizinə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri