Bakı “evdə qalıb”: İnsansız küçələr səssizliyə təslim - FOTOREPORTAJ
Bakı “evdə qalıb”: İnsansız küçələr səssizliyə təslim - FOTOREPORTAJ
Bu gündən etibarən insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 20 aprel, saat 00:00-dək məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunub.
Paytaxt ərazisində, demək olar ki, çox az insana rast gəlmək olar. Parklar, küçələr, meydanlarda isə dezinfeksiya tədbirləri davam etdirilir.
Dənizkənarı Bulvar ərazisi, “Torqovı” kimi tanıdığımız Nizami və digər mərkəzi küçələrdəki son vəziyyətlə bağlı fotoları təqdim edirik:
Ramil Zeynalov