Apr
2020
12:59
26
167
13403
Virtual karabakh

İcazə sistemində qeydiyyatdan keçən şirkətlərin sayı açıqlandı

3 Apr, 2020
12:59
13403

İcazə sistemində qeydiyyatdan keçən şirkətlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının icazəsi üçün nəzərdə tutulan icaze.gov.az saytı bu gün saat 10:00-da fəaliyyətə başlasa da, yetərincə qeydiyyatdan keçənlər var”.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, hazırda saytda yüklənmələr var:

“Bu sayt qısa müddət ərzində hazırlanıb. Əsas məqsəd həm dövlət orqanlarının, həm də təşkilatların rahat şəkildə bu prosesi izləyə bilməsidir. Saytda yaranan yüklənmələrin əsas səbəbindən biri vətəndaşlarımızın yanlış anlayaraq, bu sayt üzərindən icazə almasıdır.

Buna görə qısamüddətli problemlər yaranır. Saytda olan problemlər o demək deyil ki, qeydiyyatdan keçmək mümkün deyil”.

“İndiyə olan məlumata görə, 6142 əməkdaş, 3480-dən artıq şirkət qeydiyyatdan keçib. Vətəndaşlara çağırış edirik ki, icazələr sistemindən yalnız fəaliyyətinə icazə verilən qurumlar qeydiyyatdan keçə bilər.

Eyni zamanda, şirkətlərdən xahiş edirik ki, sistemə yalnız fəaliyyətinə icazə verdikləri əməkdaşlar barədə qeydlər etsinlər”, - deyə C.Salmanov qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri