20 
May
2020
13:04
17
81
3254
Virtual karabakh

Tələbələrin hansı halda təqaüddən məhrum olunacağı bilindi - AÇIQLAMA

20 May, 2020
13:04
3254

Tələbələrin hansı halda təqaüddən məhrum olunacağı bilindi - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əgər tələbənin yay imtahan sessiyasında üç fəndən akademik borcu yaranırsa, sentyabrın 15-dək onun üçün yaradılan imkandan istifadə etməsə, yəni kəsildiyi fənlərdən yenidən imtahan verməsə, o halda həmin tələbə təqaüddən məhrum olunacaq”.

Oxu.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, sentyabrın 15-dək tələbə kəsildiyi fəndən imtahan verib nəticəsini düzəldə bilərsə, təqaüd almaq müsabiqəsində iştirak edə biləcək:

“Lakin əvvəl belə şans verilmirdi. Bu, o demək deyil ki, o təqaüd alacaq. Bilirik ki, təqaüd almaq üçün müəyyən limit var”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri