20 
May
2020
16:05
88
363
2631
Virtual karabakh

Komitə sədri: “Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?”

20 May, 2020
16:05
2631

Komitə sədri: “Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzi şəxslər şayiə yayır ki, bu, virus deyil. Bu, o qədər cəfəng fikirlərdir ki, enerji sərf edib, onu izah etməyə ehtiyac duymursan”.

Oxu.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni” TV-nin canlı yayımında bildirib.

O qeyd edib ki, belə ifadələr gülüncdür:

“Belə adamları başa salmaq üçün ifadə də tapmırsan. Biz virusun mövcud olduğunu qəbul etməliyik. Bu təhlükəli virus heç yerə getməyib, bizi yoluxdura bilər. Bəzən deyirlər, vəfat edənləri tanımırıq.

Azərbaycanda virusdan ölən azdır. Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?”

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri