21 
May
2020
17:43
24
159
7156
Virtual karabakh

Nazirdən sahilboyu ərazilərdəki iaşə obyektləri ilə bağlı AÇIQLAMA

21 May, 2020
17:43
7156

Nazirdən sahilboyu ərazilərdəki iaşə obyektləri ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sahilboyu və digər rayonlarımızda çirkab sularının düzgün idarə olunmaması müşahidə olunur. Bununla bağlı müxtəlif layihələr işlənir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, əksər regionlarda “Azərsu” ASC tərəfindən bu işlərə başlanılıb:

“Xüsusən bizi narahat edən məqam Abşeron yarımadası, Xəzər dənizinin sahilboyu ərazilərində yenə də çirklənmələrin olmasıdır. Sahil zolaqlarında yerləşən iaşə obyektlərində, xüsusən Hövsan, Sumqayıtda və bir neçə nöqtədə narahatlıq doğuran məqamlar var. Bununla bağlı “Azərsu” ASC tərəfindən müvafiq xəbərdarlıqlar edilib”.

“Bir neçə ildir ki, nazirlik tərəfindən çirkləndiricilərə qarşı barışmaz mövqe nümayiş etdirilir. Bir neçə çirkləndiricilər barədə məhkəmələrə də müraciət etmişik və onlar cərimə olunublar”, - deyə nazir qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri