21 
May
2020
20:52
58
219
5530
Virtual karabakh

AZAL çarter reysi ilə daha 100 nəfəri ölkəyə gətirdi - FOTO/VİDEO

21 May, 2020
20:52
5530

AZAL çarter reysi ilə daha 100 nəfəri ölkəyə gətirdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir. 

AZAL-dan Oxu.Az-a verilən məlumata görə, 21 may tarixində Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib. 

Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib. 

Bundan əlavə, bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq AZAL aviaşirkəti Berlindən çarter reysi həyata keçirib. 

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri