22 
May
2020
10:11
25
102
2480
Virtual karabakh

Koronavirusa görə ölkəyə gətirilən həkimlər burada qala bilərlər - RƏSMİ

22 May, 2020
10:11
2480

Koronavirusa görə ölkəyə gətirilən həkimlər burada qala bilərlər - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“REACT-C19 layihəsi çərçivəsində ölkəyə gətirilən 19 həkim dövlət hesabına xaricdə təhsil almış və orada fəaliyyətini davam etdirən mütəxəssislərdir”.

Oxu.Az-ın məlumatına görə, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr departamentinin sədri, deputat Soltan Məmmədov bildirib.

S.Məmmədov qeyd edib ki, onlar ölkəyə dönüb həkimlərimizlə fikirlərini bölüşürlər:

“Dövlətin dəstəyi, eləcə də öz hesabına təhsil almış peşəkar həkimlərin ölkəyə qaytarılması bu gün də gündəmdədir. Bu təşəbbüs Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə bizə çatdırıldıqdan sonra ÜST-lə birlikdə layihənin icrasına başladıq. Bu təcrübə həm ÜST, həm də bizim tərəfimizdən başqa ölkələrlə bölüşdürülür. Layihənin iyunun sonunda açıqlanacaq nəticələri bir sıra ölkələr üçün təcrübə ola bilər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri