22 
May
2020
18:12
98
258
5969
Virtual karabakh

ATV-nin üç əməkdaşı koronavirusa yoluxdu - RƏSMİ AÇIQLAMA

22 May, 2020
18:12
5969

ATV-nin üç əməkdaşı koronavirusa yoluxdu - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ATV telekanalının üç əməkdaşında koronavirusa yoluxma faktı qeydə alınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, onlarla yaxın təmasda olan digər insanlardan testlər götürülüb:

“Bu günlərdə testlərin cavabları bildiriləcək. Hər hansı bir şəxsdə koronavirus aşkarlanarsa, həmin qurumların bu şəxslərlə təmasda olan bütün əməkdaşlarından test götürüləcək. Testin nəticəsi pozitiv çıxdığı halda onlar dövlət hesabına müalicə olunacaqlar”.

Sədr əlavə edib ki, iş yerlərində sosial məsafə qaydalarına əməl etməmək, maska taxmamaq yoluxma hallarının artmasına səbəb olub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri