22 
May
2020
18:26
26
176
10558
Virtual karabakh

Ramin Bayramlıdan koronavirusla bağlı SMS-lər barədə AÇIQLAMA

22 May, 2020
18:26
10558

Ramin Bayramlıdan koronavirusla bağlı SMS-lər barədə AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Karantin müəssisələrinə həftədə 200-500 arası vətəndaş qəbul edilə bilər”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, müəssisələrə tibbi personal ezam edilir:

“Bu həkimlər digər tibb müəssisələrindən ayrılaraq ora göndərilir. Bu isə onların iş yükünü artırır. Bütün bu amillər onu deməyə əsas verir ki, koronavirusa yoluxma sayını keçsək, onun öhdəsindən gəlmək çətin olar”.

Sədr bildirib ki, koronavirus testi neqativ çıxmış şəxslərə SMS göndərilməlidir:

“Əgər insanlar belə ismarıcı qəbul etmirsə, sahə poliklinikalarına müraciət edərək, bu barədə arayış ala bilərlər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri