25 
May
2020
16:49
38
244
13810
Virtual karabakh

Azərbaycanda karantinə alınan icra başçısı danışdı: “Heç kimlə təmasda olmamaq...” - VİDEO

25 May, 2020
16:49
13810

Azərbaycanda karantinə alınan icra başçısı danışdı: “Heç kimlə təmasda olmamaq...” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxının icra başçısı Tahir Məmmədov özünün və icra hakimiyyəti əməkdaşlarının koronavirusla bağlı karantinə alınması barədə açıqlama verib.

O, AzTV-nin efirində canlı bağlantı zamanı bildirib ki, hazırda sosial izolyasiya rejimində işləyirlər:

“Mütəmadi olaraq bütün digər rayonlar kimi, Şamaxıda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər görülür. O cümlədən, testlər verilir.

Əməkdaşlarımızın birində test müsbət çıxdı. Bundan sonra digər bütün əməkdaşlar, o cümlədən, mən hazırda sosial izolyasiya rejimində öz işimizi davam etdiririk”.

O qeyd edib ki, daha çox onlayn bağlantı vasitəsilə, heç kimlə təmasda olmamaq şərtilə fəaliyyətlərini davam etdirirlər.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri