29 
May
2020
19:11
47
330
12382
Virtual karabakh

Koronavirus testi pozitiv çıxan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər - RƏSMİ

29 May, 2020
19:11
12382

Koronavirus testi pozitiv çıxan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Asimptomatik xəstələrin evdə müşahidəsi ilə bağlı protokollar hazırlanır”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, asimptomatik halların, xüsusən Bakı şəhərində artması, xəstəxanalarda doluluğun olması bu addımı labüd edir.

“Analiz nəticələri pozitiv çıxan şəxslərin evdən çıxmamaları ilə bağlı qaydalar hazırlanır. Buna əməl edilmədikdə onların inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar qanunvericiliyə əlavələr təklif edilib”, - deyə, sədr qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri