30 
May
2020
11:15
45
135
8595
Virtual karabakh

Azərbaycanda əsas turizm dəhlizləri açıqlandı - RƏSMİ

30 May, 2020
11:15
8595

Azərbaycanda əsas turizm dəhlizləri açıqlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda insanlara xidmət edən resurslar dörd turizm dəhlizi üzərində qurulub. Onlar Bakı-Şimal, Bakı-Balakən, Bakı-Gəncə, Bakı-Lənkəran istiqamətindədir”.

Oxu.Az-ın məlumatına görə, bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ən çox turist cəlb edən region Bakı və Abşerondur:

“Bakının gəlmə turizmdən daha çox asılılığı var. Yaxın illərə olan strategiyamızın bir hissəsi Bakının gəlmə turizmdən asılılığını azaltmaqdır. Bakıya regionlardan gələn insanlar da çoxluq təşkil edir.

Yaxın dörd il üçün nəzərdə tutulan strategiyamızda daha çox investisiyanın regionlara qoyulması əsas götürülüb”.

“Yeni kadrlar hazırlanacaq, infrastruktur olacaq, mövsümilik aradan qalxacaq”, - deyə DTA rəsmisi əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri