İyn
2020
11:53
16
66
5682
Virtual karabakh

Qəbul imtahanlarına kimlərin buraxılmayacağı açıqlandı - RƏSMİ + VİDEO

1 İyn, 2020
11:53
5682

Qəbul imtahanlarına kimlərin buraxılmayacağı açıqlandı - RƏSMİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali və orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şəxslərə müraciət edib.

Oxu.Az-ın məlumatına görə, o, buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, elə şəxslər var ki, IX sinif buraxılış imtahanı verib, X sinifə keçmək istəyirlər:

“Onlar indi imtahanlarda iştirak edə bilməyəcək. Buraxılış imtahanlarında sentyabr ayında iştirak edə biləcəklər. Amma qəbul imtahanları yalnız bir dəfə olacaq. Mütləq ali və orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şəxs varsa, indi imtahanlarda iştirak etməlidir”.

Sədr qeyd edib ki, ailəsində koronavirusa yoluxan şəxslər olanlara sentyabrda buraxılış imtahanı vermək üçün şans yaradılacaq:

“Bu il onlar iştirak edə bilməyəcək. Çünki insanların sağlamlığı hər şeydən vacibdir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri