İyn
2020
16:14
44
107
1373
Virtual karabakh

Azərbaycanda futbolçular sosial məsafə ilə oturacaq

5 İyn, 2020
16:14
1373

Azərbaycanda futbolçular sosial məsafə ilə oturacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında texniki zona qaydaları ilə bağlı yeni təlimatlar qüvvəyə minib.

Oxu.Az xəbər verir ki, həmin təlimatlar bunlardır:

1. Texniki zonada yer alan şəxslərin sayında dəyişiklik yoxdur. Yeddi rəsmi şəxs və 12 oyunçu texniki zonada yer ala bilər.

Komandalar üçün nəzərdə tutulan əlavə yerlərin sayı ehtiyac olduğu qədər artırılır. Həm texniki zonada, həm də əlavə yerlərdə oturan şəxslər ölkəmizdə ictimai nəqliyyat, metroda tətbiq olunan bir boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etməlidirlər. Bununla bağlı  oturacaqlar üzərində bildirişlər vurulmalıdır.

Bu tip oturacaqlar komandanın texniki zonasından künc bayrağı istiqamətində düzülməlidir. Sosial məsafənin cərgələr üzrə qoruna bildiyi stadionlarda (misal üçün, Tofiq Bəhramov adına Respublika Stadionu) oturacaqların iki cərgədə düzülməsinə icazə verilir.

2. Həm texniki zonada, həm də oyunun gedişində hər kəs ancaq özünə məxsus su qabından istifadə etməlidir.

3. Texniki zonada qol sevincinin kollektiv şəkildə qeyd olunmasına, kubok oyunları zamanı penaltilər seriyası zamanı birlik düzülüşünə icazə verilmir.

4. Əvəzetmələr zamanı “give five”dən çəkinmək lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri