İyn
2020
14:29
103
361
10287
Virtual karabakh

Bakı polisindən vətəndaşlara qadağa xəbərdarlığı - VİDEO

6 İyn, 2020
14:29
10287

Bakı polisindən vətəndaşlara qadağa xəbərdarlığı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün ölkədə həftə sonu vətəndaşların küçəyə çıxması ilə bağlı tətbiq edilən qadağaların birinci günüdür. 

Oxu.Az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi qərara əsasən, həftə sonu insanların küçəyə çıxması qadağan olunub. 

Eyni zamanda, məhdudiyyətlərin tətbiq edildiyi iki gün ərzində iaşə obyektləri, ərzaq mağazaları, apteklər də daxil olmaqla heç bir müəssisənin fəaliyyətinə icazə verilməyib. 

Hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışır. 

Paytaxt küçələrində polislər xidməti avtomobillər vasitəsilə elan verərək, vətəndaşları karantin rejimi çərçivəsində tətbiq olunan qaydalara əməl etməyə çağırır. 

Həmin görüntülər:

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri