11 
İyn
2020
17:29
30
237
9208
Virtual karabakh

Bəzi dövlətlər COVID-19 pasportu tələb edəcək - RƏSMİ + VİDEO

11 İyn, 2020
17:29
9208

Bəzi dövlətlər COVID-19 pasportu tələb edəcək - RƏSMİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“May ayının 27-də pandemiya dövründə uçuşlarla bağlı müzakirələr olub və yeni qaydalar müəyyənləşdirilib”.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev məlumat verib. 

O bildirib ki, bu qaydaları Azərbaycan da tətbiq edəcək:

“Tədbir başlamazdan bir qədər öncə artıq qaydalar rəsmən təsdiq olundu. Beynəlxalq sərnişindaşımalara başlamaq lazımdır”.

AZAL rəsmisi əlavə edib ki, artıq bir sıra ölkələrdən tələblər daxil olur:

“Bəzi dövlətlər COVID-19 pasportunun olacağı, bəzi dövlətlər isə bizim sərnişinlərin oraya getdiyi zaman karantinə alınacaqlarını qeyd ediblər. Lakin heç kim bildirmir ki, karantinə görə ödənişlər necə qarşılanacaq. Təbii ki, bu barədə bilet alan sərnişinlər əvvəlcədən məlumatlı olmalıdırlar”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri