18 
İyn
2020
12:07
183
69
9108
Virtual karabakh

AZAL Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirir - FOTO/VİDEO

18 İyn, 2020
12:07
9108

AZAL Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirməsini davam etdirir. Təyyarələrin uçuşu cədvəl üzrə həyata keçirilir.

AZAL-dan verilən məlumata görə, yeni qaydalara uyğun olaraq, yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılır.

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar tibbi müayinədən keçirilə bilərlər.

Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılıb. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin həmin ölkələrə daxil olmaq hüququna malik olan vətəndaşları əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.

Bakı-İstanbul xüsusi reysi barədə videoçarxı təqdim edirik:

Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur.  

“Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz:

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri