24 
İyn
2020
20:13
30
354
7563
Virtual karabakh

Azərbaycan cəmiyyəti pandemiya sınağından necə çıxdı? - VİDEO

24 İyn, 2020
20:13
7563

Azərbaycan cəmiyyəti pandemiya sınağından necə çıxdı? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyası bütün dünyada olduğu kimi, ölkəmizdən də yan keçmədi. Gündəlik olaraq yoluxma hallarının artması ölkə ərazisində ciddi karantin rejiminin tətbiq edilməsi ilə nəticələndi.

Düzdür, o da var ki, karantin rejiminin uzanması insanlarda istər-istəməz psixoloji və hətta fiziki yorğunluq yaradır. Amma mövcud vəziyyətdə müşahidələr onu göstərir ki, Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır. Əksər insanlar böyük məsuliyyət, nizam-intizam göstərir.

Koronavirus pandemiyası barədə ən çox yayılan konspiroloji nəzəriyyələr insanlara çip qoyulması, koronavirusun hansısa gizli qüvvələrin oyunu olması, böyük güclərin bioloji müharibəsi və dünya əhalisinin sayının azaldılması barədə məxfi plandır və s. bu tip nəzəriyyələr dünyanın hər yerində olduğu kimi Azərbaycan cəmiyyətində də populyardır.

Koronavirusun mövcudluğuna inanmayanlar, yəni COVİD 19-un bir oyun olduğuna, yaxud insanlara çip qoyulması üçün uydurulduğuna inananlar az da olsa, var. Təbii ki, virusun mövcudluğuna inanmayan vətəndaş nə tibbi maskadan istifadə edəcək, nə sosial məsafə saxlayacaq, nə də tələb olunan digər qaydalara əməl edəcək. İnanmayan bir nəfərin yoluxması isə onlarla insanın yoluxmasıdır.

Nəticə etibarı ilə bu şayiələr xəstəliklə mübarizəyə mənfi təsir edir. Düzdür, kifayət qədər nüfuz və etibar sahibi olan şəxslərin təhlükənin nə dərəcədə real olduğunu təsdiqləməsi, eləcə də yoluxma sayının sürətlə artması bu konspiroloji nəzəriyyələrə inananların sayını xeyli azaldıb. Artıq insanlar cəfəngiyyata deyil, üz-üzə qaldıqları real vəziyyətə inanır.

İnsanlar anlayırlar ki, xəstəliyin yayılmasına qarşı yeganə effektiv mübarizə yolu karantin və məhdudiyyətlər, eləcə də maska, sosial məsafə kimi qaydalara riayət olunmasından keçir.

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri