30 
İyn
2020
11:32
85
693
9527
Virtual karabakh

Deputat: “Sərt karantin rejiminin davam etdirilməsi ən doğru qərar olacaq”

30 İyn, 2020
11:32
9527

Deputat: “Sərt karantin rejiminin davam etdirilməsi ən doğru qərar olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təəssüf ki, bu gün koronavirusa yoluxma sayı həndəsi silsilə ilə artmaqdadır. Statistik məlumatlara baxsaq, karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayı 50 faiz artıb”.

Bu sözləri Oxu.Az-a açıqlamasında əhalinin karantin rejimi qaydalarına riayət etməsi, qoruyucu vasitələrdən istifadənin zəruriliyi və ölkədə koronavirusa yoluxma hallarının azalması istiqamətində həyata keçirilən tədbirlərin vacibliyinə münasibət bildirən millət vəkili Kamilə Əliyeva deyib.

O bildirib ki, ölkədə karantin rejiminin yumşaldılmasına qədər koronavirusa yoluxma sayı kifayət qədər nəzarətdə saxlanılırdısa, yumşaldılmadan sonra əhali arasında məsələyə laqeyd yanaşma müşahidə olundu:

“Əhali arasında biganəlik yoluxma sayının artmasına səbəb olan amillərdəndir. İnsanlar sanki virusun bir anda yox olduğunu düşünüb, ictimai yerlərdə maskasız gəzməyə başladılar. Zərurət olmadan küçəyə çıxan şəxslər, sosial məsafəni saxlamayan insanlar nəinki özlərini, eləcə də digərlərinin həyatını riskə atmış olurlar. Bununla birlikdə mübarizə aparmaq lazımdır”.

Millət vəkili bildirib ki, bugünkü vəziyyəti nəzərə alaraq, sərt karantin rejiminin davam etdirilməsi ən doğru qərar olacaq:

“Təbii ki, bu istiqamətdə qərarlar operativ qərargah tərəfindən verilir. Lakin bu gün yoluxma sayında heç bir azalma müşahidə olunmursa, əksinə, artım dinamikası varsa, eləcə də sağalanlarla yoluxanların sayı arasında böyük fərq mövcuddursa, demək, biz hələ də qaydalara ciddi riayət etmirik. Təəssüf ki, bu, ayrı-ayrı şəxslərin sağlamlığı deyil, bütün cəmiyyətin sağlamlığı kimi düşünülməlidir. Maska taxmaq həyat tərzimizə çevrilməlidir. Vaksin, birəbir dərman preparatları yoxdursa, tək yolumuz sağlamlığımızı müdafiə etməkdir. Əks təqdirdə, bizi çox böyük təhlükə gözləyir.

Çünki bu gün qarşıya qoyulan əsas məqsəd yoluxma tempini azaltmaqdır. Əks halda, xəstəxanalarda yerlər dolacaq. Süni tənəffüs aparatları ilə bağlı çətinliklər yaşanacaq. Eləcə də, tibbi personal, həkimlərimiz də kifayət qədər ciddi problemlərlə qarşılaşa bilərlər. Odur ki, müalicəyə minlərlə manat xərcləmək əvəzinə, 30 qəpik pul verib maska almaq daha yaxşıdır”.

“Cərimə məbləğinin artırılması vətəndaşları daha məsuliyyətli olmağa sövq etmək üçündür. Mən cərimələrin artırılmasını dəstəkləyirəm. Bildiyiniz kimi, cərimə məbləğləri artırıldı. İnsanlar ikiqat cərimələnəcəyini bilsə, daha məsuliyyətli olacaq. Bəlkə belə olan halda onlar karantin qaydalarına riayət edərək, zərurət olarsa, SMS vasitəsilə küçəyə çıxar. Hər kəs bilməlidir ki, maskanı taxmaq tək onun deyil, ətrafdakı insanların həyatı, sağlamlığı üçün vacibdir”, - deyə millət vəkili qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri