30 
İyn
2020
19:21
47
286
5921
Virtual karabakh

Qızdırması olan hər kəs test edilir - RƏSMİ AÇIQLAMA

30 İyn, 2020
19:21
5921

Qızdırması olan hər kəs test edilir - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün biz xəstələrin PZR testini aparırıq və dünyada bu testlər kütləvi icra olunmur”.

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. 

Onun sözlərinə görə, TƏBİB qızdırması olan hər şəxsi test edir:

“Hazırda xaricdən gələn, xəstəliyi olan və onun ətrafındakı şəxsləri test edirik. Dünyada xəstəliyi olmayan şəxsin PZR testi olunması nəzərdə tutulmayıb. Yaxın günlərdə laborator imkanlarımız və testlərin sayı artırılacaq”.

Y.Qarayeva istifadə edilən testlərin kifayət qədər yaxşı olduğunu vurğulayıb:

“Ekspress testlərlə müqayisədə, PZR testləri bu vəziyyət üçün daha məqsədəuyğundur”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri